Son vaxtlar brauzerlərin HTTP ilə qorunmayan bağlantı istifadə edən saytlarla bağlı siyasəti sərtləşib.
İndi belə bir sayta keçərkən, istifadəçi “Sizin əlaqəniz qorunmur” sözləri ilə başlayan bir mesaj görə biləcək, çünki HTTP ilə məlumat ötürülməsi istifadəçiyə saytla işləyərkən istifadə olunan şəxsi məlumatlarının (o cümlədən bank kartları, hesablar barədə məlumatların) qorunması zəmanəti vermir.
Belə sayt sahibləri nə etməlidir? Cavab sadədir – SSL sertifikatı qoşmaq, saytı təhlükəsiz HTTPS protokoluna keçirmək.
SSL və ya Secure Sockets Layer (İngiliscədən tərcümədə “Qorunmuş Soketlər Səviyyəsi”) – bu, məlumatların şifrələndiyi bir protokoldur. Bu da o deməkdir ki, belə məlumatları yalnız müəyyən bir açar olduğu halda şifrdən açmaq mümkündür. SSL protokolu ilə işləmək üçün SSL sertifikatı lazımdır, bu məsələdə sizə CREATIVE şirkəti kömək edə bilər.
Deyə bilərik ki, SSL sertifikatı – saytın müəyyən şifrələnmiş imzasıdır və bu imza özündə aşağıdakı məlumatları ehtiva edə bilər:
- Domenin sahibinin məlumatları – hüquqi şəxs və onun fiziki yerləşdiyi yer
- Domenin adı, hansında ki bu sertifikat təsdiqlənib
- Domenin mənsubiyyətinin yoxlanması haqqında məlumat
- Həmçinin, təchizatçı şirkət və sertifikatın etibarlılıq müddəti haqqında məlumatlar
SSL sertifikatı istifadə edən saytlar brauzerlər tərəfindən etibarlı kimi işarələnir. Müxtəlif növ SSL sertifikatları mövcuddur: domen yoxlamalı sertifikatlar, təşkilat yoxlamalı sertifikatlar və genişləndirilmiş yoxlama sertifikatları. Sertifikatın alınması və qoşulmasından başqa, saytı Yandex və ya Google axtarış mühərriklərinin idarəetmə panelində də konfiqurasiya etmək lazımdır. Bizim şirkətimiz, HTTPS-ə keçməkdə trafik itkisinin qarşısını almağa kömək edə bilər.
Bəs niyə kimsəyə kömək üçün müraciət etməliyik? Əslində, bir tərəfdən hər şey kifayət qədər sadədir – HTTPS üzərindən təhlükəsiz əlaqə qurmaq üçün sadəcə olaraq:
- SSL sertifikatı alıb quraşdırmaq
- Yeni domenə 301 redirect (yenidən yönləndirmə) etmək
- Saytın bütün səhifələrində SSL sertifikatının etibarlı kimi göstərildiyinə əmin olmaq
Amma əslində bu o qədər də sadə deyil. Axtarış sistemləri HTTP və HTTPS istifadə edən saytları tamamilə fərqli saytlar kimi qəbul edir. HTTPS-ə keçid zamanı belə şəraitdə trafik itkisi riski var, çünki “yeni” sayt axtarış mühərrikləri tərəfindən hələ tanınmır, köhnə sayt isə artıq mövcud deyil. Buna görə də əlavə olaraq aşağıdakı addımlar atılmalıdır:
- HTTPS ilə əlaqəli linklərdən ibarət Sitemap XML faylı yaratmaq
- Robots.txt faylında dəyişikliklər etmək (Host və Sitemap direktivləri)
- Yandex Vebmeynsterə köhnə saytı və yeni HTTPS domenini əlavə etmək. Köhnə saytda saytın köçürülməsi barədə məlumat vermək, yeni saytda isə yaradılmış Sitemap XML faylını əlavə etmək
- Google Search Console-da yeni saytı və yaradılmış Sitemap XML faylını əlavə etmək
İndi SSL və HTTPS protokolları haqqında daha çox bilirsiniz və saytın HTTP-dən HTTPS-ə keçidindən qorxmaq lazım deyil, çünki biz SSL-lə bağlı əsas məqamları izah etdik ki, sayt sahibləri öz saytlarını istifadəçiləri üçün təhlükəsiz etsinlər və onun effektiv işləməsini təmin etsinlər.
Və ya bizə kömək üçün müraciət edə bilərsiniz, bizə müraciət forması göndərərək və ya telefonla əlaqə saxlayaraq. SSL sertifikatları və onların quraşdırılma üsulları haqqında daha ətraflı məlumatı SSL sertifikatı səhifəsindən əldə edə bilərsiniz.