Biz artıq dəfələrlə məlumat vermişik ki, Motorola şirkəti hal hazırda Edge 40 Neo adlı yeni smartfonu üzərində çalışır. İndi isə məlum olub ki, Motorola-nın sözügedən yeni smartfonu ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində smartfonun bəzi texniki göstəriciləri məlum olub. Beləliklə FCC sayəsində məlum olub ki, Motorola Edge 40 Neo smartfonu 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 68 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
FCC-də smartfon barəsində digər bir məlumata rast gəlinməyib. Lakin son məlumat sızıntılarına əsasən Motorola Edge 40 Neo 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran ilə təchiz olunacaq. Smartfon MediaTek Dimensity 1050 prosessoru vasitəsilə çalışmalı və özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini və 50 MP + 13 MP ikili arxa kameranı birləşdirməlidir. Üstəlik Motorola Edge 40 Neo-nun gövdəsinin IP68 standartı üzrə sudan qorunacağı gözlənilir. Motorola bu yeni smartfonunu artıq bu ay təqdim edə bilər.