Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır

    Bir neçə ay bundan öncə məlum oldu ki, Microsoft OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırıb. İnsayderlərin sözlərinə əsasən sözügedən məbləğin yalnız bir hissəsi şirkətə təqdim edilib. Yerdə qalan hissəsi isə tranşlara bölünüb və OpenAI texnologiyalarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş bulud hesablama güclərinin xərclərinin ödənilməsinə istiqamətlənib. Bu isə öz növbəsində Microsoft-a OpenAI şirkətində hal hazırki vəziyyətə təsir göstərmək gücünü verir.
     Bəzi insayderlərin sözlərinə əsasən Microsoft-un CEO-su Satya Nadella OpenAI şirkətinin CEO-su vəzifəsindən Sam Altman-ın istefaya göndərilməsi qərarının düzgün olmadığını və bu qərarın Microsoft-un əsas partnyorlarından biri sayılan OpenAI şirkəti daxilində qeyri-stabilliyin yaranmasına səbəb olduğunu hesab edir.
     Altman-ın öz vəzifəsindən azad edilməsi qərarının Microsoft ilə OpenAI arasında olan əməkdaşlıq razılaşmasının şərtlərini pozub-pozmadığı hal hazırda məlum deyil. Qeyd etmək lazımdır ki, Microsoft öz növbəsində OpenAI şirkətinin intellektual mülkiyyətinin müəyyən səviyyədə hüquq sahibidir. Məlumatda qeyd edilib ki, hətta iki şirkət arasındakı əməkdaşlığın dayandırılacağı halda belə Microsoft öz məhsullarında OpenAI şirkətinin hal hazırki generativ süni zəka texnologiyalarını istifadə edə biləcək.
Linki kopyala
İstinad: technote.az

Bənzər yazılar