MediaTek Dimensity 8300 prosessorunun bəzi texniki imkanları ortaya çıxıb

   MediaTek şirkəti hələ bir neçə müddət bundan öncə Dimensity 9300 flaqman prosessorunu təqdim etdi. İndi isə şirkət onun bir qədər sadələşdirilmiş versiyası olacaq Dimensity 8300-ün təqdimatına hazırlaşır. Qeyd etmək lazımdır ki, sözügedən prosessor artıq sabah təqdim olunacaq. İndi isə bu subflaqman prosessorun bəzi texniki özəllikləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Dimensity 8300-də nüvələr “1+3+4” sxemi üzrə yerləşəcəklər.
     Bu isə o deməkdir ki, prosessor özündə 2.8 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 2.4 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A715 nüvəsini və 1.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirəcək. Prosessorun qrafik imkanlarından isə Mali-G615 MC6 qrafik çipi cavabdeh olacaq. Hal hazırda smartfonlar üçün nəzərdə tutulmuş subflaqman prosessorlar arasında ən güclüsü Snapdragon 7+ Gen 2-dir. Lakin kağız üzərində Dimensity 8300 prosessoru çox maraqlı görünür. Ola bilsin ki, performans baxımından o hətta Snapdragon 7+ Gen 2-ni də geridə qoysun.
Istinad: technote.az

Bənzər yazılar